Advertisement

Fransa ordusu Ukraynaya girir? – Makron AÇIQLADI

Bakı. Trend:

Fransa ordusu yaxın vaxtlarda Ukraynaya göndərilməyəcək.

Trend xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron
bildirib.

“Torpağımıza müharibənin gələcəyini düşünmürəm, sizi əmin etmək
istəyirəm. Mən həm də düşünmürəm ki, sabah Ukrayna torpaqlarında
döyüşə gedəcəyik”, – deyə “Génération Do It Yourself” podkastında
Makron qeyd edib.

Qeyd edək ki, bu ayın əvvəlində Fransa prezidenti Emmanuel
Makron Fransanın Ukraynada hərbi münaqişədə birbaşa iştirak etməyə
hazır olduğunu bildirmişdi.