Bakı. Trend:
ABŞ-nin çərşənbə axşamı Ukraynaya 150 milyon dollarlıq hərbi
yardım tranşını elan edəcəyi gözlənilir.
Trend-in
məlumatına görə, bu barədə “Associated Press” agentliyi adı
açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmilərinə istinadən
bildirib.
Məlumata əsasən, söhbət xüsusilə HIMARS reaktiv yaylım atəş
sistemləri üçün raketlərdən gedir.
Yardım paketinə tank əleyhinə silahlar, atıcı silahlar,
qumbaraatanlar, 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxil
edilməsi planlaşdırılır.





























