Advertisement

Ermənistan Azərbaycanın rəyini nəzərə almadan Aİ-nin müşahidə missiyasını dəvət edir – Kreml

Bakı. Trend:

Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada
Avropa İttifaqının müşahidə missiyasını dəvət edir.

Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov
brifinqdə deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın effektivliyinə şübhə
yarada bilər.

“Məsələ müşahidənin predmetinin nədən ibarət olması və bu
missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır. Mən şübhə
edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq. Bu,
İrəvanın birtərəfli qərarıdır. Belə bir missiyanın potensial
effektivliyini şübhə altına almağa dəyər”, – Kremlin sözçüsü
vurğulayıb.