
Bakı. Trend:
Şimali İraqdan qaçan iki terrorçu Türk ordusu tərəfindən
saxlanılıb
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə Milli Müdafiə Nazirliyi öz sosial media hesabından açıqlama
verib.
“Türk hərbiçilərinin qətiyyətli əməliyyatları nəticəsində İraqın
şimalındakı sığınacaqlarından qaçan iki PKK terrorçusu Habur sərhəd
məntəqəmizə təslim olub”, – deyə açıqlamada bildirilib.





























