
Bakı. Trend:
Şimali İraqdan qaçan iki terrorçu Türk ordusu tərəfindən
saxlanılıb
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz
sosial media hesabından açıqlama verib.
“Türk hərbiçilərinin qətiyyətli əməliyyatları nəticəsində İraqın
şimalındakı sığınacaqlarından qaçan iki PKK terrorçusu Habur sərhəd
məntəqəmizə təslim olub”, – açıqlamada bildirilib.





























