Advertisement

İsrail ordusu “Əş-Şifa” xəstəxanasında külli miqdarda pul aşkarladı

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağında yerləşən “Əş-Şifa” xəstəxanasında
3 milyon dollara yaxın pul aşkarladığını açıqlayıb.

Trend xəbər
verir ki, bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat
paylaşılıb.

Məlumata görə, aşkarlanan vəsait dollar və İordaniya dinarından
ibarət olub.

401-ci briqadanın qüvvələrinin 162-ci diviziyanın komandanlığı
altında İsrail Təhlükəsizlik Təşkilatı (ISA) ilə birlikdə xəstəxana
əməliyyatı davam etdirdiyi bildirilib.

Qeyd edək ki, martın 18-də İsrail ordusu “Əş Şifa”
xəstəxanasında hərbi əməliyyat keçirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun