
Bakı. Trend:
Tailandda turist avtobusu yük maşını ilə toqquşub.
Trend-in
məlumatına görə, qəza martın 19-da günorta saatlarında Pattayadan
Banqkoka gedən magistral yolda baş verib. İçərisində çinli
turistlərin olduğu avtobus “Hino” markalı yük maşınına çırpılıb.
Nəticədə 26 sərnişinin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri
alıb. Yaralılar yerli xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.





























