Advertisement

Aİ Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib

Bakı. Trend:

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə
keçirilən Aİ sammitində Avropa liderlərinin Bosniya və
Herseqovinanın Avropa İttifaqına daxil olması haqqında danışıqlara
başlamaq qərarını açıqlayıb.

Trend-in məlumatın
görə, bu barədə Ş.Mişel “X” sosial şəbəkəsində yazıb.

“Avropa Şurası Bosniya və Herseqovinanın üzvlüklə bağlı
danışıqlara başlamağı qərara alıb. Təbrik edirik! Sizin yeriniz
Avropa ailəmizdədir”, – deyə o bildirib.

O, bu qərarı ölkənin Aİ yolunda “əsas addım” adlandırıb.

“İndi gərgin işi davam etdirmək lazımdır ki, Bosniya və
Herseqovina xalqınızın istədiyi kimi davamlı inkişaf etsin”, – deyə
Ş.Mişel qeyd edib.