Bakı. Trend:
Qabon sahillərində “Perenco oil&gas Gabon” şirkətinin neft
platformasında baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər
itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə yerli “GabonReview” nəşri
məlumat yayıb.
Qəzet neft şirkətindən sitat gətirib: “Təcili yardım qrupları
axtarışları davam etdirmək üçün hələ də ərazidədir”.
“Perenco oil&gas Gabon” 4 nəfərin öldüyünü, 2 nəfərin təcili
xəstəxanaya yerləşdirildiyini və bu qurbanlardan birinin daha sonra
xəstəxanada dünyasını dəyişdiyini bildirib. Əlavə edilib ki, yanğın
martın 20-də baş verib. Hazırda itkin düşmüş şəxsin axtarışları
davam etdirilir.




























