Advertisement

Crocus City Hall konsert zalında baş verən atışmanın təfərrüatı məlum olub

Bakı. Trend:

Kamuflyajlı adamlar, ən azı üç nəfər Crocus City Hall binasının
ərazisinə soxularaq avtomatlardan atəş açıblar.

Trend xəbər verir ki, bundan sonra onlar qumbara atıblar və bu
da yanğına səbəb olub.

Zaldakı insanlar güllələnmədən xilas olmaq üçün yerə uzanıb,
çölə çıxmağa başlayıblar.

Qeyd edək ki, bu gün Rusiyanın Moskva oblastının Krasnoqorsk
şəhərində yerləşən Crocus City Hall-da insanlara atəş açılıb.

Crocus City Hall-da baş verən atışma nəticəsində 50-yə yaxın
insan yaralanıb, 15-dən çox insan həlak olub.