Advertisement

Böyük Britaniya Yəmən sahillərində gəmiyə yeni hücum etdiyini bildirib

Balə Trend:

Naməlum şəxslər Yəmən sahillərində gəmiyə yeni hücum edib.

Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin
Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi məlumat yayıb
(UKMTO) bildirib.

Məlumatda qeyd edilib ki, Yəmənin Əl-Muxa şəhərindən 23 dəniz
mili şərqində insident barədə məlumat verilib. Bununla belə,
məlumata əlavə edilmiş xəritədə qeyd olunan sahil şəhərinin
qərbində yerləşən bir nöqtə göstərilir.

“Hakimiyyət orqanları hadisə ilə bağlı şəraiti müəyyən etmək
üçün araşdırma aparır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı
şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, –
deyə bildirilib.