Advertisement

ABŞ “Crocus City Hall”da törədilən terror aktını qətiyyətlə pisləyir – Blinken

Bakı. Trend:

Birləşmiş Ştatlar terrorizmin bütün forma və təzahürlərini
qətiyyətlə pisləyir və Moskva yaxınlığındakı “Crocus City Hall”da
həlak olanlar üçün yas tutan ruslarla həmrəy olduğunu bildirir.

Trend-in
məlumatına görə, bu barədə martın 23-də Birləşmiş Ştatların dövlət
katibi Entoni Blinken açıqlama yayıb.

“Biz həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə
başsağlığı veririk”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində
yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara
atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş
verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 133 nəfərə çatıb.