Advertisement

Braziliyada supermarketin damı uçub, ölən və yaralananlar var

Bakı. Trend:

Braziliyanın cənubundakı Pontal-du-Parana şəhərində
supermarketin damı uçub. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər
yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə yerli yanğınsöndürmə idarəsi məlumat
yayıb.

Faciə yüzlərlə insanın açılış mərasiminə qatıldığı “Super Rede
Atacadista” supermarketində baş verib.

Supermarketin su çənləri damın uçmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.