
Bakı. Trend:
Macarıstanda ralli zamanı avtomobillərdən biri yoldan çıxaraq
tamaşaçılara çırpılıb.
Trend-in
məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, çoxlu sayda
tamaşaçı xəsarət alıb.
Qəza Labatlan və Bayot şəhərləri arasındakı yolda baş verib.
Hadisənin dəqiq səbəbi məlum deyil. Qəzaya görə yarış yarımçıq
dayandırılıb.





























