Advertisement

Ermənistan KTMT-də iştirakını dondurub – Paşinyan

БАКУ/Trend/ –

Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatında (KTMT) iştirakını dondurub.

Trend-in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol
Paşinyan Yunanıstanın “Katimerini” qəzetinə müsahibəsində
deyib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), bizim
qiymətləndirməmizə görə, Ermənistan Respublikası qarşısında
təhlükəsizlik öhdəliklərini, xüsusən 2021-2022-ci illər ərzində
yerinə yetirməyib”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, 2023-cü ilin sentyabrından Ermənistanın
KTMT-də daimi nümayəndəsi yoxdur.

“Biz KTMT-nin yüksək səviyyəli danışıqlarında iştirak etmirik.
Biz KTMT-nin qərarlarını bloklamırıq, lakin qərarların qəbulunda da
iştirak etmirik”, – o əlavə edib.

Qeyd edək ki, Paşinyan daha əvvəl İrəvanın KTMT-dən çıxmaq
niyyətini bəyan etmişdi. Onun sözlərinə görə, təşkilat “öz
öhdəliklərini yerinə yetirməli və məsuliyyət sahəsini
tanımalıdır”.