Advertisement

Fələstinin yeni hökuməti yaxın günlərdə and içə bilər

Bakı. Trend:

Məhəmməd Mustafanın rəhbərliyi altında yeni Fələstin hökuməti
yaxın bir neçə gün ərzində and içə bilər.

Trend-in
məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı mənbələrə
istinadən bildirib.

Məlumata görə, bunun gələn həftənin əvvəlinə qədər baş verəcəyi
gözlənilir.

Hələlik Fələstin Milli Administrasiyasının rəsmi nümayəndələri
bu məlumatı şərh etməyiblər.