Advertisement

“Grok AI” çat-botu “X Premium” istifadəçiləri üçün əlçatan olacaq – Mask

Bakı. Trend:

İlon Mask onu “xAI” şirkəti tərəfindən hazırlanan “Grok AI”
çat-botunun bu həftə “X Premium” abunəçiləri üçün əlçatan olacağını
açıqladı.

Trend-in
məlumatına görə, bu barədə Amerikalı sahibkar “Х” sosial
şəbəkəsində yazıb.

“Bu həftənin sonunda “Grok” yalnız “Premium+” deyil, bütün
“Premium” abunəçiləri üçün əlçatan olacaq”, – deyə o bildirib.

2023-cü ilin dekabrında İ.Mask “Grok AI” çat-botunun beta
versiyasının istifadəyə verildiyini elan edib.