Advertisement

İsveçrə bankları Rusiya vətəndaşlığı olan şəxslərin hesablarını bağlayır

Bakı. Trend:

Bir sıra İsveçrə bankları Rusiya vətəndaşlığı olan şəxslərin
hesablarını bağlamağa başlayıb.

Trend xəbər
verir ki bu barədə İsveçrənin “Leolex” hüquq bürosunun icraçı
tərəfdaşı Roman Kudinov Rusiya KİV-ə deyib.

Onun sözlərinə görə, “UBS” və “Credit Suisse”in bir sıra ikili
vətəndaşlığa malik müştəriləri bu problemlə üzləşiblər.

“Onlar hamısı İsveçrədə vergi ödəyir, Rusiyada isə heç bir
gəlirə malik deyillər və vergi ödəmirlər”, – o deyib.

Qeyd olunub ki, büro müştərilərlə birlikdə bununla bağlı
məhkəməyə müraciət etməyi nəzərdən keçirir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun