Advertisement

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Bakı. Trend:

İndidən tədbir görülməsə Niderland yaxın illərdə qaz
çatışmazlığı ilə üzləşə bilər.

Trend xəbər verir ki, bunu ölkənin qaz şəbəkəsini idarə edən
“Gasunie Transport Services” (GTS) şirkəti bildirib.

Şirkətin proqnozuna görə, gələn il qış sərt keçərsə yazadək
anbarlar kritik həddə boşala bilər. Bu təqdirdə boşalmış anbarları
yayda tam doldurmaq mümkün olmayacaq. Növbəti qış vəziyyət daha da
çətinləşəcək.

Şirkət fövqəladə halın yaranmaması üçün hökumətə təkliflər
verib.