Advertisement

NATO Rusiya ilə qarşıdurmaya hazırlaşır – Rəsmi Moskva

Bakı. Trend:

NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda aktivliyi Rusiya
ilə mümkün münaqişəyə hazırlığa yönəlib.

Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama
yayıb.

Nazirlik buna misal olaraq NATO-nun Rumıniyada aviabazasını
genişləndirməsini göstərib.

“NATO-nun bu kimi fəaliyyəti təxribat xarakteri daşıyır,
sərhədlərimizin perimetri boyunca hərbi gərginliyi kəskinləşdirir,
Rusiyanın təhlükəsizliyi üçün əlavə təhdid yaradır. Bütün bunlar
blok üzrə müttəfiqləri ölkəmizlə potensial toqquşmaya hazırlamaq
məqsədi daşıyır”, – Rusiya XİN-in açıqlamasında deyilir.

Xatırladaq ki, bu yaxınlarda “Euronews” Rumıniyada NATO-nun ən
böyük hərbi bazasının tikintisinə başladığı barədə məlumat
yayıb.

Bazanın NATO-nun Rumıniyanın cənub-şərqindəki aviabazasının
genişləndirilməsi hesabına yaradılacağı qeyd olunub. Rumıniya
hökuməti bu məqsədlə 2,5 milyard avro vəsait ayırıb.

“2,5 milyard avro dəyərində layihəyə uçuş-eniş zolaqları, silah
platformaları, hərbi təyyarələr üçün anqarlar, eləcə də məktəblər,
uşaq bağçaları, mağazalar və hətta xəstəxana da daxildir”, – deyə
məlumatda qeyd olunub.

Genişləndiriləndən sonra bazanın sahəsinin 2,8 min hektar
olacağı bildirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun