
Bakı. Trend:
Türkiyə ordusu terror mövzusunun ölkə gündəmindən tamamilə
silinməsi üzrə qətiyyətlidir.
Trend xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri
Yaşar Güler bildirib.
Müdafiə naziri xatırladıb ki, terror təşkilatları, o cümlədən,
PKK ilə mübarizə artıq 40 ildir davam edir.
“Qanlı terror aktları və terrorçuların xaincəsinə hücumları
xalqımızın iradəsini sarsıda bilmədi. Türkiyə ordusu ölkədə
vəziyyətin sabitliyinin pozulmasına yönəldilən cəhdlərin qarşısını
almaqda davam edəcək”, – deyə Y.Güler vurğulayıb.
Onun sözlərinə görə, təkcə cari ilin əvvəlindən bəri Türkiyə
ordusu regionda 644 terrorçunu zərərsizləşdirib, ümumilikdə isə
antiterror əməliyyatlarının başlandığı 2015-ci ildən etibarən
terror təşkilatının 40 min 213 silahlı üzvü məhv edilib:
“Türkiyənin milli təhlükəsizliyinə qarşı hər hansı təhdidin
qarşısı qətiyyətlə alınacaqdır. Mübarizəmiz terrorçuluğun tamamilə
yox edilməsinə qədər davam edəcək”.





























