Advertisement

Rusiya və NATO arasında müharibənin qarşısını almaq üçün əlimizdən gələni edirik – Almaniya kansleri

Bakı. Trend:

Almaniya hökuməti Rusiya və NATO arasında müharibənin qarşısını
almaq üçün əlindən gələni edir.

Trend xəbər
verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “Märkische
Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.

Almaniyanın Ukraynaya uzaqmənzilli “Taurus” raketləri
göndərməkdən imtinasını şərh edən Şolts, Almaniya hökumətinin
münaqişənin gərginləşməməsi üçün əlindən gələni etdiyini
bildirib.

“Biz həmçinin, Ukraynaya əsgər göndərməyəcəyik”, – deyə Şolts
əlavə edib.

Bundan başqa, kansler Almaniyanın Ukraynanı Avropadakı digər hər
hansı dövlətdən daha çox silah və hərbi sursatla dəstəklədiyini
vurğulayıb.

Xatırladaq ki, martın 4-də Almaniya Federativ Respublikasının
Moskvadakı səfiri Aleksander Lambsdorf Rusiya Xarici İşlər
Nazirliyinə çağrılıb.

Qeyd olunub ki, Almaniya kansleri Olaf Şolts NATO-nun Ukrayna
münaqişəsində iştirak etməyəcəyini bildirdiyi gün Almaniyanın
yüksək vəzifəli rəsmiləri Krım körpüsünə hücum ehtimalını müzakirə
ediblər. Almaniya səfirinin Rusiya Xarici İşlər Nazirliyinə bu
məsələ ilə bağlı çağrıldığı qeyd olunub.

Bir müddət sonra isə xarici KİV-də Almaniyanın Böyük Britaniyaya
“Taurus” raketlərini tədarük edəcəyi, əvəzində isə Londonun
Ukraynaya “Storm Shadow” raketlərini ötürəcəyinə dair məlumat
yayılıb. Qeyd olunub ki, bununla Berlin rəsmi olaraq Kiyevə qanadlı
raketlər ötürməyə görə məsuliyyətdən azad olacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun