Advertisement

Latviyanın xarici işlər naziri istefa verib

Bakı. Trend:

Latviyanın xarici işlər naziri Krişyanis Karinş istefa
verib.

Trend xəbər
verir ki, bu barədə Latviya KİV məlumat yayıb.

Karinşin nazir postunu aprelin 10-da tərk edəcəyi, növbəti gün
isə Latviya Seyminin yeni nazir üçün səsvermə keçirəcəyi qeyd
olunub.

Qeyd edək ki, ötən həftə Latviya Baş Prokurorluğu Karinşin
nazirlik müddətində ezamiyyətlər üçün xüsusi reyslərdən istifadə
etməsi ilə əlaqədar olaraq, dövlət vəsaitinin israf edilməsi ilə
bağlı cinayət işi açıb.

Bildirilib ki, 2021-ci ilin sentyabr ayından 2023-cü ilin
sentyabr ayına qədər Latviyanın dövlət büdcəsindən bu cür reyslər
üçün 613 min avrodan çox vəsait xərclənib

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun