
Bakı. Trend:
“Crocus City Hall”da terror aktında həlak olan Anna və Tatyana
Makarski bacılarının 25 il əvvəl terror aktından sağ çıxdıqları
məlum olub.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlum olub ki, bacılar 1999-cu il 16 sentyabr tarixində Rostov
vilayətinin Volqadonsk şəhərində baş verən partlayışdan sağ
çıxıblarmış. Həmin vaxt partlayış nəticəsində 19 nəfər həlak olmuş,
89 nəfər xəsarət almışdı.
Bildirilib ki, o vaxt Annanın 17, bacısı Tatyananın isə 9 yaşı
olub. Onların Qaqarin küçəsindəki evləri partlayışın episentrindən
70 metr məsafədə yerləşirmiş.
Yaxınları bildirib ki, 1999-cu ildəki partlayış nəticəsində
Makarskilərin evinin bütün şüşələri sınmış, bütün ailə xəsarət
almışdı.
Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında
ölənlərin sayı 143 nəfərə çatıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.
“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham
olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.





























