Advertisement

BMT “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc edib

Bakı. Trend:

BMT ukraynalı hərbi əsirlərin olduğu “İl-76” təyyarəsinin qəzaya
uğrama səbəblərini müəyyən edə bilməyib.

Trend xəbər
verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq
İdarəsinin məruzəsində deyilir.

Mütəxəssislər hadisəni hərtərəfli, qərəzsiz və şəffaf şəkildə
araşdırmağa çağırıblar. Komissarlıq İdarəsi hərbi əsirlərin
şəxsiyyəti barədə məlumatların dərhal Ukrayna hökumətinə təqdim
edilməli olduğunu bildirib.

Qeyd edək ki, yanvar ayında Rusiya Aerokosmik Qüvvələrinə məxsus
İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Məlumata görə, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində
Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə
üçün Belqorod vilayətinə aparılıb.

İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir
götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət
edən 3 şəxs olub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun