
Bakı. Trend:
Fələstin prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılıq
etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.
Trend xəbər
verir ki, bu barədə “WAFA” agentliyi məlumat yayıb.
Məlumata görə, Məhəmməd Mustafa rəhbərlik etdiyi nazirlər
kabinetinin həyata keçirməyi planlaşdırdığı islahatlar proqramını
Mahmud Abbasa təqdim edib.
Mahmud Abbas təqdim olunan sənədlərlə tanış olaraq yeni
hökumətin təsdiqlənməsi barədə fərman imzalayıb.
Məhəmməd Mustafanın baş nazir vəzifəsi ilə yanaşı, Fələstin
xarici işlər nazirinin müavini vəzifəsini də icra edəcəyi qeyd
olunub.





























