
Bakı. Trend:
“Crocus City Hall”da törədilən terror aktında şübhəli bilinən
daha bir nəfər saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, şübhəli şəxs terrorun maliyyələşdirilməsi
sxemində iştirak edib.
“İstintaq məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin
seçilməsi ilə bağlı vəsatət verəcək”, – məlumatda bildirilib.





























