
Bakı. Trend:
Cənubi Afrikanın şimal-şərqində avtobusun qəzaya uğraması
nəticəsində azı 45 nəfər ölüb.
Trend-in
məlumatına görə, bu barədə Limpopo vilayətinin Nəqliyyat və İcma
Təhlükəsizliyi Nazirliyi “X” sosial şəbəkəsində bildirib.
“Limpopo Nəqliyyat və İcma Təhlükəsizliyi Nazirliyinin
nümayəndəsi Florens Radzilani 45 nəfərin ölümü ilə nəticələnən
avtobus qəzasının baş verdiyi yerə baş çəkib”, – deyə qeyd
olunub.
Məlumata əsasən, sürücünün idarəetməni itirməsi avtobusun
körpüdən aşaraq qayalara çırpılmasına səbəb olub. Ümumilikdə
avtomobildə 46 nəfər olub: yalnız 8 yaşlı uşaq sağ qalıb, o, ən
yaxın xəstəxanaya göndərilib.





























