Advertisement

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

Bakı. Trend:

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS
hərəkatının “strateji aktivlərini” ələ keçirib və danışıqlar zamanı
bundan istifadə etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu israilli
girovların ailələri ilə görüşdə deyib.

“Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu,
girovlarımızın azad edilməsi üçün daha bir açardır. Bu günə qədər
123 girov geri qaytarılıb. Digər girovların da hər birini geri
qaytarmağa borcluyam. Mən şəxsən gecə-gündüz bu işlə məşğulam”, –
deyə Baş nazir qeyd edib.