
Bakı. Trend:
Rusiya mümkün terror aktı ilə bağlı ABŞ kəşfiyyat orqanlarının
məlumatlarına məhəl qoymayıb.
Trend-in
məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder
jurnalistlər üçün keçirilən brifinqdə deyib.
“Əlbəttə ki, günahsız insanların həyatının xilası üçün
paylaşılması lazım olduğunu düşündüyümüz məlumatımız varsa, biz
bunu edirik”, – deyə o vurğulayıb.
O, Amerika administrasiyasının nümayəndələrinin ABŞ-ın Rusiyaya
gözlənilən terror aktına dair məlumat ötürməsi ilə bağlı əvvəlki
bəyanatlarını xatırladıb. “Nə üçün buna məhəl qoymaması ilə bağlı
sual qarşı tərəfə ünvanlanmalıdır”, – deyən Rayder “Crocus City
Hall”da terror aktının İŞİD yaraqlıları tərəfindən törədildiyi
versiyasını təkrarlayıb.





























