Bakı. Trend:
Serbiya və Monteneqronun müdafiə nazirliklərinin nümayəndələri
ötən gün 2024-cü il üçün hərbi əməkdaşlıq haqqında saziş
imzalayıblar.
Trend-in
məlumatına görə, bu barədə Serbiyanın “Politika” qəzeti
Monteneqronun Müdafiə Nazirliyinə istinadən bildirib.
“Saziş hərbi tibb sahəsində əməkdaşlığı və nüvə, bioloji və
kimyəvi müdafiə sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə
tutur”, – deyə qeyd olunub.
Bildirilib ki, iki qonşu ölkənin müdafiə sektorunda həm
ikitərəfli səviyyədə, həm də regional təşəbbüslər səviyyəsində
əməkdaşlıq imkanları var.





























