Advertisement

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi açıqlanıb

Bakı. Trend:

2023-cü ildə Azərbaycanın təkrar gəlirlər üzrə xarici ölkələrlə
aparılan əməliyyatların həcmi 2,5 milyard dollar olub.

Trend xəbər
verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin
direktoru Samir Nəsirov media brifinqində deyib.

“Daxilolmalar 1,8 milyard dollar, ödənişlər iusə 0,7 milyard
dollar olub. Təkrar gəlirlər balansında təqribən 93,4 faiz xaricdən
fiziki şəxslərin pul köçürmələrinin, 5,7 faiz ölkəyə gətirilən
humanitar malların, 0,9 faiz isə digər daxilolmaların payına
düşüb”, – o deyib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)