Advertisement

Rusiya və Qərbin əməkdaşlıq edəcəyi sahə qalmayıb – Lavrov

Bakı. Trend:

Rusiya-Qərb münasibətlərində, o cümlədən, terrorizmlə mübarizə
üzrə işgüzar təmaslar və əməkdaşlıq edəcəyi sahə, demək olar ki,
qalmayıb.

Trend xəbər
verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya səfirlikləri
Moskvada olan vətəndaşlarını xəbərdar edərək, onları kütləvi
tədbirlərdə iştirak etməməyə çağırıb.

“Xüsusi xidmət orqanlarının xətti ilə təmaslar bir qayda olaraq
anons edilmir”, – deyə Lavrov bildirib.

Lavrov qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin
rəhbəri Aleksdanr Bortnikov bu yaxında verdiyi müsahibədə bu cür
təmasların olduğunu, lakin çox ümumi xarakter daşıdığını deyib.

Rusiya XİN rəhbəri qeyd edib ki, terrorizmlə mübarizə ənənəvi
olaraq Rusiyanı Qərb və Şərqlə yaxınlaşdıran sahələrdən biri hesab
olunub.

“ABŞ və Böyük Britaniya tez-tez bəyan edirdi ki, siyasi və
iqtisadi fikir ayrılıqlarına baxmayaraq, bu mübarizə aparılmalıdır.
Lakin Moska Avropa İttifaqı liderlərini terrorizmlə mübarizə üzrə
məlumat və koordinasiya mübadiləsi üçün mexanizm formalaşdırmağa
razı salmağa çalışanda Aİ Rusiya ilə yaxınlaşmadı. Bu məsələ ilə
bağlı sonuncu görüş 2019-cu ildə keçirildi, bundan sonra onların
marağı itdi”, – deyə nazir əlavə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun