Advertisement

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Yunanıstanın cənubunda yerli vaxtla təxminən səhər saat 09:12-də
Rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib. Yeraltı
təkanlar bütün bölgədə hiss edilib.

Trend xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin
məlumatına görə, yeraltı təkanların episentri Pirqosdan 56 kilometr
cənub-qərbdə yerləşib.

Hələ ki, dağıntılar və tələfat barədə məlumat verilmir. Müvafiq
orqanlar hazırda Yunanıstan sahilləri boyunca potensial sunami
riskini qiymətləndirirlər.

Aktiv seysmik zonada yerləşən Yunanıstan tez-tez zəlzələlərlə
üzləşir. Xoşbəxtlikdən onların əksəriyyəti minimal zərər və
itkilərlə ötüşür.