Advertisement

ABŞ ilə Rusiya arasında ticarət dövriyyəsi 7 dəfədən çox azalıb

Bakı. Trend:

2013-cü ildən 2023-cü ilə qədər Rusiya Federasiyası ilə ABŞ
arasında ticarət dövriyyəsi yeddi dəfədən çox azalıb.

Trend xəbər verir ki, ABŞ ilə Rusiya arasında ticarətin həcmi
2013-cü ildəki 38,2 milyard dollardan 2023-cü ildə 5,2 milyard
dollara qədər azalıb.

Amerikanın Rusiyaya qarşı sanksiyaları və ixraca nəzarət
tədbirləri ticarət dövriyyəsinin azalmasına səbəb olub.