
Bakı. Trend:
ABŞ prezidenti Co Bayden 2021-ci ildə Cenevrədə Rusiya
prezidenti Vladimir Putinlə metan emissiyalarını müzakirə
etməsindən danışıb.
Trend xəbər
verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya lideri metan emissiyaları ilə bağlı
nə düşündüyü barədə suala problemin mövcudluğundan xəbərdar
olduğunu bildirib, lakin bununla bağlı nə etməli olduğuna dair heç
bir təsəvvürə malik olmayıb.
“Biz problemlərin olduğunu bilirik, lakin əlaqəli şəkildə
çalışsaq, bunları necə həll edəcəyimizi də bilirik”, – deyə Bayden
əlavə edib.
Qeyd edək ki, Putin və Bayden Cenevrədə 2021-ci il iyunun 16-da
“La Grange” villasında görüşüblər. Görüş 4 saata yaxın davam
edib.
Görüşün yekunlarına görə, ABŞ və Rusiya prezidentəri strateji
silahlara nəzarət haqqında birgə bəyanat qəbul ediblər.





























