Advertisement

Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində Paşinyanın xahişi ilə yerləşdirilib – Səfir

Bakı. Trend:

Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində Paşinyanın
xahişi ilə yerləşdirilib.

Trend TASS
agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın
İrəvandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan
2020-ci ildə Azərbaycanla sərhəddə müşahidə postlarının
yerləşdirilməsini şəxsən xahiş edib.

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi yaydığı
açıqlamada Ermənistanın suverenliyinin yeganə real təminatının
ölkədə Rusiya Federasiyasının 102-ci hərbi bazasının və rus
sərhədçilərinin mövcudluğu olduğunu bildirib.

Rusiya XİN Ermənistan tərəfinin təhlükəsizliklə bağlı
təkliflərini məntiqə zidd adlandırıb.

“Onların Ermənistandan çıxarılmasının ölkənin hərbi potensialını
necəsə möhkəmləndirəcəyi təhlükəli demaqoqiyadır”, – deyə Rusiya
XİN bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun