
Bakı. Trend:
Niderlandın Ede şəhərində naməlum şəxs kafelərdən birinin
müştərilərini girov götürüb.
Trend xəbər verir ki, bu barədə “De Gelderlander” qəzeti məlumat
yayıb.
Polis məlumatı təsdiqləyib.
“Şəhərin mərkəzindəki binalardan birində bir neçə nəfər girov
götürülüb. Hadisə yerində xüsusi xidmət qrupları işləyir”, – polis
idarəsinin sosial şəbəkədə yaydığı məlumatda belə deyilir.
Ətrafdakı 150-yə yaxın evin sakini təxliyə olunub. Polis
insanların şəhər mərkəzindən uzaq durmasını xahiş edir.
Məlumata görə, hadisənin terror aktı olmasına dair hələlik heç
bir əlamət müşahidə edilməyib.





























