
Bakı. Trend:
Gürcüstanın mərkəzi hissəsində 4,7 bal gücündə zəlzələ baş
verib.
Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Kutaisi şəhərindən 83 km
şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə
yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.





























