
Bakı. Trend:
Yunanıstanın hüquq-mühafizə orqanları neft qaçaqmalçılığı ilə
məşğul olan beynəlxalq şəbəkənin əsas üzvlərindən birini
saxlayıb.
Trend-in
məlumatına görə, bu barədə Yunanıstan polisi məlumat yayıb.
Bildirilir ki, şəbəkə Latın Amerikasından qaçaqmalçılıq yolu ilə
əldə etdiyi neft məhsullarını müxtəlif ölkələrə sataraq 21 milyard
dollar mənfəət əldə edib. Tankerlərin izlənməsinə mane olmaq üçün
dəstə üzvləri sahildən aralandıqdan sonra transponderləri
söndürüblər. Bu da qəza riskini artırıb.
Saxlanılan şəxs İnterpol tərəfindən axtarışda olan İtaliya
vətəndaşıdır.





























