Advertisement

Pakistanda güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb

Bakı. Trend:

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində güclü
yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Trend-in məlumatına görə, ölkənin Yerli təbii fəlakət idarəsinin
rəsmisi Ənvər Şahzadın sözlərinə görə, əyalətinin bəzi bölgələrində
güclü yağış səbəbindən evlərin damları uçub, daşqınlar baş verib və
bəzi yollar bağlanıb.

Şahzad leysan yağışların səbəb olduğu sel və digər hadisələrdə
əksəriyyəti uşaq olmaqla 8 nəfərin həyatını itirdiyini bildirib.
Əyalətdə daşqın və damın uçması nəticəsində 12 nəfərin xəsarət
aldığını vurğulayan Şahzad 2 uşağın seldə itməsi ilə bağlı məlumatı
paylaşıb: “Ölənlərdən 3-ü bir ailədən olan 3-7 yaşlı
bacı-qardaşdır”.

Səlahiyyətlilər təhlükəsizlik tədbirləri səbəbiylə bölgədə bəzi
yolların bağlandığını açıqlayıb.