Bakı. Trend:
“Falcon 9” raketi Fransanın “Eutelsat 36D” telekommunikasiya
peykini uğurla orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə daşıyıcını hazırlayan
“SpaceX” şirkəti bildirib.
“Orbitə buraxılış təsdiqləndi”, – deyə qeyd olunub.
Buraxılış şənbə günü Şərq vaxtı ilə saat 17:52-də Florida
ştatındakı Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzində
39A start kompleksindən baş tutub. Orbitə buraxıldıqdan təxminən 34
dəqiqə sonra peyk daşıyıcı aparatın ikinci pilləsindən ayrılaraq
müstəqil uçuşa başlayıb.




























