
Bakı. Trend:
Türkiyədə yerli özünüidarəetmə orqanları seçkilərinə səsvermə
bitib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə Ali Seçki Şurası (YSK) bildirib.
Məlumata əsasən, səsvermə bugün Türkiyə saatı ilə səhər 08:00-da
başlayıb.
Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi
seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil
namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki
qutusu qurulub.
Əlavə olaraq bildirək ki, Türkiyənin iqtidarda olan Ədalət və
İnkişaf Partiyasından (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyə
başçılığına Murat Kurum, Ankara Böyükşəhər Bələdiyyə başçısı
vəzifəsinə isə Turgut Altınokun namizədliyi irəli sürülüb.
Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) isə
İstanbul Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə Əkrəm İmamoğlunun,
Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Mansur Yavaşın
namizədliyi irəli sürülüb.





























