Advertisement

Dezinformasiya kampaniyalarını aradan qaldırmaq üçün çalışırıq – Altun

Bakı. Trend:

Dezinformasiya kampaniyalarını aradan qaldırmaq üçün
çalışırıq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin
rəhbəri Fahrettin Altun deyib.

Altun sosial media hesabında 31 Mart Seçkiləri ilə bağlı
paylaşım edib.

“Prezidentin Kommunikasiya Müdirliyi olaraq seçkilərin sağlam
ünsiyyət və informasiya mühitində keçirilməsi üçün çox çalışırıq.
Çünki son illər dünya təcrübəsi göstərir ki, dezinformasiya
fəaliyyətinin ən intensiv olduğu proseslərdən biri də seçkilərdir.”
– deyə Fahrettin Altun deyib.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi
seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil
namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki
qutusu qurulub.

Əlavə olaraq bildirək ki, Türkiyənin iqtidarda olan Ədalət və
İnkişaf Partiyasından (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyə
başçılığına Murat Kurum, Ankara Böyükşəhər Bələdiyyə başçısı
vəzifəsinə isə Turgut Altınokun namizədliyi irəli sürülüb.

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) isə
İstanbul Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə Əkrəm İmamoğlunun,
Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Mansur Yavaşın
namizədliyi irəli sürülüb.