
Bakı. Trend:
İlkin hesablamalara görə, keçirilən seçkilərində Türkiyənin
Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Mansur Yavaş Ankara
Böyükşəhər bələdiyyəsi üzrə 55.05% səs ilə liderlik edir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu
haqda Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) bildirib.
Onu, 37.33% səslə Türkiyənin hakim Ədalət və İnkişaf
Partiyasının (AKP) namizədi Turqut Altınok izləyir.
Xəbərdə deyilir ki, hazırda səslərin 6.32%-i sayılıb.
Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi
seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil
namizədlər də mübarizə aparır. Ölkə üzrə 206 mindən çox seçki
qutusu qurulub.
Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da yerli
özünüidarəetmə orqanları seçkilərinə səsvermə başlayıb. Səsvermə
yerli vaxtla saat 17:00-dək davam edəcək.





























