Advertisement

Ərdoğan Niderlandın baş nazirinə gələcək NATO baş katibi ilə bağlı gözləntilərini çatdırıb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi postuna
namizədliyini irəli sürən Niderlandın baş naziri vəzifəsini icra
edən Mark Rutte ilə telefonla danışıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident
Administrasiyasından məlumat verilib.

Məlumata görə, Ərdoğan M.Rutteyə Türkiyənin alyansın gələcək
rəhbərliyi ilə bağlı müəyyən gözləntilərini bildirib.

Bildirilir ki, telefon danışığı zamanı Türkiyə ilə Hollandiya
arasında ikitərəfli əlaqələr, həmçinin NATO-nun yeni baş katibinin
seçilməsi prosesi müzakirə olunub.

Bu gözləntilər arasında Türkiyə prezidenti “terrorizm və digər
təhdidlərlə mübarizədə NATO üzvlərinin təhlükəsizliyinin və
maraqlarının səmərəli şəkildə qorunmasını, alyansın birliyinin
gücləndirilməsini, prioritetlərin müəyyən edilməsini” və və yeni
baş katibin “NATO-nun əsas prinsiplərini dəstəkləmək üçün etibarlı
öhdəlik götürəcəyini” qeyd edib.