Advertisement

Liviya baş nazirinin evinə silahlı basqın edilib

Bakı. Trend:

Naməlum şəxslər Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdel
Hamid Dbeybahın iqamətgahına silahlı hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə “Al Arabiya” televiziya
kanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, hücum edənlər dənizdən atəş açıblar,
Tripolidəki binaya cüzi ziyan dəyib, xəsarət alanlar yoxdur.

Atışma zamanı Dbeibahın özünün iqamətgahda olub-olmaması barədə
məlumat yoxdur. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb
olunub.