Advertisement

“Taliban” Əfqanıstan qanunlarını pozduğu üçün iki ABŞ vətəndaşını həbs edib

Bakı.Trend:

Hazırda iki ABŞ vətəndaşı və bir neçə əcnəbi Əfqanıstan
müvəqqəti hökumətinin nəzarətindədir.

Trend-in
məlumatına görə, bunu “Taliban” hərəkatının yaratdığı müvəqqəti
Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid deyib.

Onun sözlərinə görə, əcnəbilər Əfqanıstan qanunlarını
pozduqlarına görə həbs ediliblər.