Advertisement

ABŞ Kiyevə yardım üçün qanun layihəsi hazırlayır

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə yardım haqqında
qanun layihəsinə baxacaq.

Trend-in
məlumatına görə, bu barədə Nümayəndələr Palatasının Kəşfiyyat üzrə
Seçilmiş Komitəsinin sədri Mayk Törner bildirib.

Onun sözlərinə görə, ABŞ Konqresinin Aşağı Palatasının spikeri
Mayk Conson bu məsələni apreldə müzakirəyə çıxarmağı
planlaşdırır.

“Bu, federal hökuməti maliyyələşdirmək üçün qanun layihələrini
qəbul etdikdən sonra gündəliyin növbəti əsas maddəsi olacaq”, –
deyə o vurğulayıb.