Advertisement

İsrail ordusu Qəzzada “Əl-Şifa” xəstəxanasını tərk edib

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələrinin hərbçiləri Fələstinin Qəzza
zolağında hərbi əməliyyat keçirdikdən sonra “Əş-Şifa” tibb
mərkəzini tərk edib.

Trend-in
məlumatına görə, bu barədə Qətərin “Al Jazeera” televiziya kanalı
xəbər verib.

Məlumata əsasən, təxminən iki həftə davam edən hərbi
əməliyyatdan sonra İsrail əsgərləri “Əş-Şifa kompleksi və onun
ətrafından tamamilə geri çəkilir”.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə
Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha
sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil
olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin
müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi
çağırışını elan edib.